Bağla

Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə tədbir keçirilib

10-03-2023, 10:06

Füzuli Dövlət Dram Teatrında Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 1873-cü il martın 10-da təməli qoyulan milli teatrın yaranma tarixi haqqında ətraflı məlumat verib.

Sonra Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Günel Hacıyeva, Asif Şirinov, Sehran Xanlarov, Sahilə Abbasova, Əli Hüseynov, Vüqar Babayev, Elçin Məmmədov, Zamin Quliyev, Emin Abışov, Vüsal Həsənov yer alıb.