26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Füzuli Dövlət Dram Teatrının kollektivi Qəhrəmanlar Parkını ziyarət edib.
Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.
Teatr kollektivi şəhidlərimizin qəhrəmanlığını və əziz xatirəsini daim uca tutduqlarını bildirərək, onların göstərdikləri misilsiz şücaətin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Azərbaycanın müstəqilliyi və dövlətçiliyi naminə canlarını fəda etmiş bütün şəhidlərimizin ruhu dərin ehtiramla anılıb, onlara Allahdan rəhmət dilənib.