Bağla

Habil Mirzə oğlu Hacıyev

Ali dərəcəli aktyor, "Fəxri Mədəniyyət İşçisi"

1970-ci il mart ayının 28-də Füzuli rayon Qaradağlı kəndində anadan olub. 1990-92-ci illərdə Zaqatal Politexnik Texnikomunu bitirib. 2001-2006-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsini bitirib. 1989-cu ildən teatrda aktyor kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktyor işlədiyi müddətdə S.Rəhman "Toy”da Şeyda (1993), C.Məmmədov "Günəş zindanda” da Kamran ,S.S.Axundov "Tamahkar”da Qulu və Hacı Saleh , M.Qacar "Qabanın səfəri” də Çaqqal L.Rəşidzadə "Toya bir gün qalmış”da Qulam, A.Şaiq "Bir saat xəlifəlik”də Malik ibn Səid, A.Məmmədov "Həmyerlilər”də Gümüşov, A.P.Çexov "Təklif”də Çubukov, N.Vəzirov "Hacı Qəmbər”də Qıdı kirvə və Molla Səfi, C.Məmmədquluzadə "Kamança”da Əziz , C.Məmmədov, F.Məhərrəmov "Şərxanın şər oyunu”da Şərxan, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Seyfi , Y.Əzimzadə "Nəsrəddin”də Nəsrəddin , A.Səfərli "Qarabağım qan ağlar”da Vazgen , Q.Rəsulov "Məhəbbət oyunu”da Nuruş, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər” Heydərəli S.S.Axundov "Şahsənəm və Gülpəri”də Molla Qulam, H.Mirələmov "Vicdanın hökmü”də Aşot, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah” da Dərviş, Y.Əzimzadə "Nəsrəddin”də Qara Dərviş, A.Şaiq "Bir saat xəlifəlik”də Qoca kişi və s. obrazları canlandırmışdır. 1990-cı ildən bəri Füzuli Dövlət Dram Teatrında çalışır. 1993-cü ildən Teatr Xadimlər İttifaqının üzvüdür. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.