Bağla

Füzuli teatrının baş rəssamı Ellinaz Balaşovanın 60 yaşı tamam olur

16-03-2024, 15:09

Füzuli Dövlət Dram Teatrının baş rəssamı Ellinaz Balaşovanın 60 illik yubileyidir. 

Balaşova Ellinaz Famil qızı 16.03.1964 -cu ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 1990-cı ildən Füzuli Dövlət Dram Teatrında çalışır.

İşlədiyi müddətdə S.S.Axundov "Tamahkar”, C.Məmmədquluzadə "Kamança”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, S.S.Axundovun "Eşq və İntiqam" Çingiz, S.M.Qənizadə "Nəbakər qonşu”, Q.Rəsulov "Məhəbbət oyunu”, S.Dağlı "Oyun bitdi” və s. tamaşaların quruluşçu rəssamıdır.

Bu münasibətlə bütün teatr kollektivi Ellinaz xanımı təbrik edir. Ona uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayır.