Bağla

"Yaddaş" tamaşası orta məktəbin müəllim və şagirdlərinə nümayiş olunub

17-10-2022, 14:26

Akif Həsənoğlunun "Yaddaş" tamaşası Horadiz şəhər 1 N-li tam orta məktəbin müəllim və şagirdlərinə nümayiş olunub. 

Tamaşadan öncə vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.