Bağla

Füzuli Dövlət Dram Teatrı Mədəniyyət TV-də yayımlanan "Deməli" tok-şousunun qonağı olub

14-07-2023, 12:40

Füzuli Dövlət Dram Teatrı 13 iyul tarixində Mədəniyyət TV-də yayımlanan "Deməli" tok-şousunun qonağı olub. 45 dəqiqəlik veriliş teatra həsr olunub.

Öncə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev aparıcının suallarına cavab olaraq enişli-yoxuşlu yolun yolçusu olan teatrın tarixindən, kollektivin ünsiyyətindən, son illərdəki uğurları, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə məlumat verib.

Teatrın quruluşçu rejissoru Nicat Mirzəzadə quruluş verdiyi tamaşalar haqqında danışıb və qeyd edib ki, onun quruluşunda teatr 2 dəfə 4.4 Qısa Tamaşalar Festivalında çıxış edib,ugurla qarşılanıb və diploma layiq görülüb.

Teatrın baş rejissoru Asif Şirinov teatrın repertuarı, gələcək planları haqqında sualları cavablandırıb. Bildirib ki, dekabr ayında teatr "Milli klassika" festivalında N.B.Vəzirovun " Yağışdan çıxdıq, yağmura düşdük" tamaşası ilə çıxış edib.

Veriliş boyunca aparıcı teatrın yaradıcı heyəti ilə maraqlı söhbət edib.