Füzuli Dövlət Dram Teatrının kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar rayonda yerləşən Qəhrəmanlar Parkını ziyarət edib.
Ziyarət zamanı teatr kollektivi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidlərimizin abidələri önünə tər çiçəklər düzülüb, onların ruhuna dualar oxunub və əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Azərbaycan xalqının tarixində silinməz iz qoyan Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin qəhrəmanlığı, hərbçilərimizin şücaəti və xalqımızın birliyi sayəsində mümkün olub. Şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq və Vətən sevgisi gələcək nəsillər üçün daim örnək olacaq.
Teatr kollektivi şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağını, onların qəhrəmanlığının sənət əsərlərində, tamaşalarda və müxtəlif mədəni tədbirlərdə yaşadılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.