Füzuli Dövlət Dram Teatrı 25 sentyabrda Səbuhi Əsədsoyun müəllifi və quruluşçu rejissoru olduğu “Ana Vətən” mənzum kompozisiyasını Sabirabad rayonunda ictimaiyyətə təqdim edib.
Kompozisiya Azərbaycan xalqının şanlı Zəfər tarixini, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını və xalqımızın milli birlik, həmrəylik və mübarizlik ruhunu özündə əks etdirən səhnə əsəridir.
Mənzum kompozisiyada 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və xalqımızın böyük Zəfərə gedən yolu bədii ifadə vasitələri ilə təqdim olunub.
Kompozisiyada İntizar Quliyeva, Gülgəz Soltanova, Xurşud Babayeva, Gülnar Quliyeva, Günay Çobanzadə iştirak edib.