Bağla

Füzuli teatrında "Ümumdünya Gülüş Günü" qeyd olunub

01-04-2024, 17:45

Füzuli Dövlət Dram Teatrı 1 aprel "Ümumdünya Gülüş Günü" ilə əlaqədar cari ilin repertuarında olan Əhməd Orucoğlunun "Nənənin kələyi" tamaşasını təqdim edib.

Tamaşada iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır.

Qeyd edək tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov, Zamin Quliyev Qaçaq Qarayev,Əli Hüseynov və başqaları çıxış edib.