Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Füzuli Dövlət Dram Teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırladığı "Nurlu ömrün anları" adlı tamaşa ilə çıxış edib.
Tamaşanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və sakinlər izləyiblər.
Heydər Əliyevin zəngin və mənalı həyatına, azərbaycançılıq, dövlətçilik məfkurəsinə həsr olunan tamaşa alqışlarla sona çatıb
Tamaşadan sonra icra başçısı Alı Alıyev teatra uğurlar arzulayıb və xatirə şəkli çəkilib.