Bağla

Füzulidə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

01-06-2022, 16:15

Füzuli Dövlət Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Füzuli rayonu Horadiz şəhər 1 və 2 N-li uşaq bağçasında konsert-tamaşa proqramı ilə çıxış edib.

Eyni zamanda Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və teatrın dəstəyi ilə 44 günlük Zəfər Savaşında şəhid olmuş hərbiçilərin övladları ilə "Başını uca tut şəhid balası" adlı tədbir keçirilib.
Şou-proqramda nağıl qəhrəmanları və cizgi film simvollarının  maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.

Tədbirdə aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.

Qeyd edək ki, tədbir şəhid övladlarının sevincinə səbəb olub.