Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 31- ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı poetik xalq faciəsi Füzuli rayon ictimaiyyətinə təqdim olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada Xocalı faciəsi qurbanları, erməni qəddarlığı və vəhşiliyi, fevral gecəsində dinc əhaliyə qarşı törədilən qətliam öz əksini tapır.
Poetik faciədə əsas rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Şəlalə Nəsirova, Sevinc Məmmədova, Emin Abışov, Əli Hüseynov və başqaları çıxış edib.
Məlumat üçün qeyd edək ki, gələn həftə teatrda Xəqani Əliyevin "Molla Nəsrəddin və Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşalarının premyerası olacaq.