Bağla

Teatrda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

07-03-2023, 16:54

Füzuli Dövlət Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Bildirilib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulub. Bu gözəl gündə qadınlarımıza işlərində uğurlar, xoşbəxtlik arzulanıb.

Sonda xanımlara hədiyyə təqdim edilib və xatirə şəkli çəkilib.