Bağla

Teatr Xocalı faciəsinin 23-cü il dönümünə dair silsilə tədbirlər keçirir

25-02-2015, 22:30

Füzuli Dövlət Dram teatrı rayon rayonun işğaldan azad olunmuş kəndlərində Xocalı faciəsinin 23-cü il dönümünə həsr edilmiş silsilə tədbirlər keçirir. Belə ki, teatr 25 fevral 2015-ci il tarixində Xocalı faciəsinə həsr edilmiş daha bir tədbir keçirdi. Tədbirdə Füzuli rayon İcra hakimiyətinin şöbə müdiri Qənimət Əliyev və "N" saylı hərbi hissənin nümayəndəsi Kənan Həziyev və əsgər heyəti iştirak etdi. İlk olaraq tədbiri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq sözü Qənimət Əliyevə verdi. O, öz çıxışında Xocalı soyqırımı faciəsinin səbəbkarları və faciə qurbanları haqqında geniş məlumat verdi. Daha sonra Kənan Həziyev də çıxış edərək düşmənlərdən qisas almağa hər zaman hazır olduqlarını bildirdi. 

Sonda tamaşaçılar teatrın yaradıcı heyətinin hazırladığı "Xocalım mənim..”adlı poetik xalq faciəsinə tamaşa etdilər.