Bağla

Teatr Sərhəd Qoşununun əsgər və zabit heyəti qarşısında çıxış edib

11-05-2022, 12:13

Füzuli Dövlət Dram Teatrı Sərhəd Qoşununun əsgər və zabit heyəti qarşısında tamaşa və konsert proqramı ilə çıxış edib.

Öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev hərbçilərimizi, böyük zəfərin iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, biz bu qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, qanları ilə tarixə yazan şəhidlərimizə, ərazilərimizdə və döyüş meydanında düşmənə qan udduran əsgər və zabitlərimizə borcluyuq.

Proqramda 44 günlük qələbəni əks etdirən şeirlər səslənib. Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisaların ifasında hərbi vətənpərvərlik mahnıları və rəqslər əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradıb.