Bağla

Teatr Sərhəd Qoşunlarının “N” saylı sərhəd dəstəsində konsert-tamaşa proqramı ilə çıxış edib

19-08-2019, 11:35

Füzuli Dövlət Dram Teatrı məzuniyyət ərəfəsində "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Sərhəd Qoşunlarının "N” saylı sərhəd dəstəsində konsert-tamaşa proqramı ilə çıxış edib.

Proqram çərçivəsində teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların əsgər həyatından bəhs edən çıxışları, teatr kollektivinin ifasındakı hərbi-vətənpərvərlik mahnıları və Dədə Qorqudun əsgərlərə öyüdü bütün hərbçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda teatr kollektivi mütəmadi olaraq hərbi hissədəki davamlı çıxışlarına görə, eləcə də "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.