Füzuli Dövlət Dram Teatrı 23 dekabrdan etibarən start verdiyi "Qış möcüzəsi" adlı şou proqramla çıxışını Füzuli rayonunun Horadiz, Qayıdış, Fin, Zobucuq qəsəbə, Yağlıvənd, Böyük Bəhmənli, Alxanlı, Mollaməhərrəmli, Mahmudlu, Arayatlı, Babı kəndinin məktəb və bağçalarında uğurla davam etdirir.
Şou-proqramda nağıl qəhrəmanları Cırtdan, Divin, cizgi film simvolları Maşa və Ayı, canavar, meymun, dovşanın, ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olur.
Aktyorların ifasında şən mahnılar səslənir. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edir, nağıl və cizgi film qəhrəmanları ilə birgə əylənirlər.
Qeyd edək ki, Yeni il şou-proqramının rayon ərazisində yerləşən uşaq bağçalarında, kənd və qəsəbələrdə nümayişi yanvar ayının 5-dək davam edəcək.