Füzuli Dövlət Dram Teatrı “Dönüş” adlı film-tamaşanı və "Nənəmin kələyi" tamaşasını təqdim edib.
Tamaşanı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Füzuli rayon mədəniyyət işçiləri izləyib. "Dönüş" film-tamaşasında əsasən simvolik detallara üstünlük verilir. Eyni zamanda təbiət və fövqəl güclərin təzahürü də əksini tapır. Vətənpərvərlik mövzusunda olan tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadə, səhnə işinin ifaçıları Emin Abışov, Sevinc Məmmədova, Nicat Süleymanzadə, Orxan Təvəkküllü, Ruslan Şıxəliyev, Vüqar Babayev, Elçin Məmmədov, Rahibə Baxşəliyeva, Elşən Gözəlov, Vüsal Quliyev, Zamin Quliyev və Qəlbinur Əhmədlidir.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan "Nənəmin kələyi" tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edib.