Füzuli Dövlət Dram Teatrı Füzuli şəhəri Mirzə Uluqbəy adına tam orta məktəbdə Novruz şənliyinə həsr olunmuş bayram konserti ilə çıxış edib.
Teatrın repertuarında olan tamaşalardan səhnələr, aktyorların ifasında şən mahnılar, Kosa və Keçəlin bayram sərgüzəştləri tamaşaçılarda yüksək-əhval ruhiyyə yaradıb.