Füzuli Dövlət Dram Teatrı bölgələrə qastrol səfəri çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bərdə rayonunda 44 günlük Zəfər Savaşında şəhid olmuş hərbiçilərin övladları ilə görüşdə konsert-tamaşa proqramı ilə çıxış edib.
Şou-proqramda nağıl qəhrəmanları Cırtdan, Divin, cizgi film simvolları Maşa və Ayı, canavar, meymun, dovşanın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.
Aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.
Qeyd edək ki, tədbir şəhid övladlarının sevincinə səbəb olub və xatirə şəkli çəkilib.