Bağla

S.Elsevərlinin "Həyat elə bir oyun ki ..." monopyesi əsasında hazırlanmış tamaşanın premyerası olub

25-11-2023, 19:42

Füzuli Dövlət Dram Teatrında repertuardan kənar Nicat Mirzənin quruluşunda Sevinc Elsevərlinin "Həyat elə bir oyun ki ..." monopyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.

Premyerada Lənkəran Dövlət Dram Teatrının əməkdaşları xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddim Mirzəyev, teatrın direktor müavini və direktor səlahiyyətlərini icra edən İntiqam Hacılı, baş rejissor Anar Babalı, rejissor Emil Əskərov, ədəbi hissə müdiri Həmid Piriyev, Qazax Dövlət Dram Teatrının əməkdaşları direktor səlahiyyətlərini icra edən Allahverdi Musayev, aktyor Yusif Qoca,Teatr Xadimləri İttifaqının gənclər sektorunun rəhbəri teatrşünas Dağlar Yusif Əfəndi, müəllif Sevinc Elsevər teatrşünaslar Vidadi Qafarov, Aliyə Dadaşova və başqaları iştirak edib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Benefis-tamaşa teatrın ali dərəcəli aktrisası İntizar Quliyevanın anadan olmasının 60 illiyinə həsr olunub.

Tamaşadan sonra yubileyara diplom və gül dəstələri təqdim olunub.