Füzuli Dövlət Dram Teatrında Yeni ilə həsr olunmuş "Qış möcüzəsi" adlı şou-proqram nümayiş olunub.
Şou-proqramda nağıl qəhrəmanları Cırtdan, Divin, cizgi film simvolları Maşa və Ayı, canavar, meymun, dovşanın, ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.
Aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.
Qeyd edək ki, Yeni il şou-proqramının rayon ərazisində yerləşən uşaq bağçalarında, kənd və qəsəbələrdə nümayişi yanvar ayınının 10-dək davam etdiriləcək.