Bağla

"Nar şirəsi" tamaşası orta məktəbin şagird və müəllim kollektivinə təqdim edilib

16-02-2024, 13:31

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Səbinə Haqverdiyevanın (Rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov)"Nar şirəsi" tamaşasını Horadiz şəhər 2 N-li tam orta məktəbin şagird və müəllim kollektivinə təqdim edib.

Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Qaçaq Qarayev,Sahilə Abbasova,İntizar Quliyeva, Emin Abışov, Vüqar Babayev və başqaları ifa edib. 

Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi, onların təsiri altında belə insanların sağalması ön plana çəkilib.