Bağla

"Nar şirəsi" tamaşası Əhmədalılar kənd tam orta məktəbin müəllim və şagirdlərinə nümayiş olunub

28-10-2022, 14:41

Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın (Rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov) "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşası Əhmədalılar kənd tam orta məktəbin müəllim və şagirdlərinə nümayiş olunub.

Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Qaçaq Qarayev, Sahilə Abbasova, İntizar Quliyeva, Vüsal Həsənov, Vüqar Babayev, Qəlbinur Əhmədli və başqaları ifa edir. 

Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi, onların təsiri altında belə insanların sağalması ön plana çəkilir.

Sonda teatr kollektivi ilə orta məktəbin müəllim və şagirdləri xatirə şəkili çəkdirib.