Bağla

"Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasının nümayişi olub

27-10-2023, 16:59

Füzuli Dövlət Dram Teatrı 27 oktyabrda cari ilin repertuarında olan Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasını nümayiş etdirib.

Tamaşa ictimai və sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Əli Hüseynov, Emin Abışov, Xurşud Babayeva, Qaçaq Qarayev və başqaları ifa edib.