Bağla

Füzulidə teatrlaşdırılmış hərbi-vətənpərvərlik bayramı keçirilib

19-11-2015, 14:30

18 noyabr 2015- ci il tarixində Füzuli rayonu Horadiz şəhər stadionunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik vətən əsgəri! ” devizi altında teatrlaşdırılmış hərbi-vətənpərvərlik bayramı keçirilib.

Tədbirdə Müdafiə nazirliyinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, Millət vəkili Bahar Muradova, dünya çempionu İlham Zekiyev və "N” saylı hərbi hissə şəxsi heyətləri iştirak edib.

Teatrın aparıcı aktyor və aktrisalarının simasında milli qəhrəmanlarımızın ruhları, nəməlum əsgər, onların ata və anaları və Füzuli obrazı canlandırılıb.

Tədbir tamaşaçılar tərəfindən yüksək qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib.