Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Faciə haqqında məlumat verilib.Sonra teatrın repertuarında olan Qafar Cəfərlinin "Şəhid bayrağı" tamaşası ictimaiyyətə və hərbiçilərə nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada əsas rolları Emin Abışov, Sehran Xanlarov, İntizar Quliyeva, Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Qəlbinur Əhmədli, İlham Soltanov ifa ediblər.