Bağla

Füzuli teatrında Mirzə Nicatın quruluşunda Kamal Abdullanın "Ruh" tamaşasının daxili baxışı olub

21-11-2025, 18:22

Bu gün Füzuli Dövlət Dram Teatrında Mirzə Nicatın quruluşunda Kamal Abdullanın "Ruh" tamaşasının daxili baxışı olub.

Tamaşanın daxili baxışında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova və həmin sektorun aparıcı məsləhətçisi Günay Hümbətova iştirak edib. 

Tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. 

Tamaşada rolları Anar Buludov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elçin Məmmədov, Əli Hüseynov, Səbuhi Əhmədov ifa ediblər.

Daxili baxışdan sonra teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin 67 yaşının tamam olması münasibətilə anım tədbiri keçirilib. Öncə Vaqif Vəliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub və onunla bağlı xatirələr yad edilib. Sonda ehsan süfrəsi təşkil olunub.