Bağla

Füzuli teatrında "Çəkməli Pişik" tamaşasının premyerası olub

29-05-2025, 14:19

Bu gün Füzuli Dövlət Dram Teatrında repertuardan kənar 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  hazırlanmış Şarl Perronun "Çəkməli Pişik" tamaşasının premyerası olub.

Tamaşa rayon ərazisində yerləşən məktəblərin şagirdlərinə və bağça uşaqlarına təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı  Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Səhnə əsərinin əsas ideyası  heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Tamaşada rolları Anar Buludov, Emin Abışov, Sahilə Abbasova, Şəbnəm Baxışova,  Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa edib.