Bağla

Füzuli teatrı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sərhəd Qoşunun əsgər və zabit heyəti qarşısında çıxış edib

31-12-2025, 19:26

Füzuli Dövlət Dram Teatrı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sərhəd Qoşunun əsgər və zabit heyəti qarşısında tamaşa və konsert proqramı ilə çıxış edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisalarının ifasında hərbi-vətənpərvərlik mahnıları və rəqslər əsgərlərdə yüksək əhval-ruhiyyə yaradıb.