Bağla

Füzuli teatrı “Sehrli qış nağılı" tamaşası ilə Ağcabədidə qastrol səfərində olub

23-12-2025, 18:57

Füzuli Dövlət Dram Teatrı Yeni ilə həsr olunmuş Səbuhi Əsədsoyun quruluşunda “Sehrli qış nağılı" adlı tamaşa ilə Ağcabədi rayonunda qastrol səfərində olub. 

Tamaşada rolları Xurşud Babayeva, Emin Abışov, Anar Buludov, Gülnar Quliyeva, Sahilə Abbasova, Vüsal Həsənov ifa edib. 

Şou-proqramda uşaqlara dostluğun, birliyin və xoş niyyətin hər zaman qalib gəldiyi aşılanıb.

Tamaşa uşaqlarda bayram sevinci və xoş əhval-ruhiyyə yaradıb. 

Sonda xatirə şəkli çəkdirilib.