Füzuli Dövlət Dram Teatrı Şərq nağılları əsasında hazırlanmış "Ələddinin sehirli çırağı " nağıl tamaşa ilə İmişli şəhərində qastrol səfərində olub.
Tamaşanın quruluşçu rejissoru Emin Abışov, plastik həll üzrə rejissor Anar Bulud, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşa Ələddinin sehirli çırağı taparaq şahzadə Jasmini divlərin, cadugər Səlimdən xilas etməsindən, xeyirin şər üzərində qələbəsindən bəhs edir.
Tamaşada rolları Anar Buludov, Emin Abışov, Püstə Əhmədova, Asif Şirinov, İntizar Quliyeva, Şəbnəm Baxışova, Vüsal Həsənov, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli, Vüqar Babayev ifa edib.
Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb və əylənmələrinə səbəb olub.