Füzuli teatrı “Bölgə teatrlarının Bakı premyeraları” layihəsində iştirak edəcək
Füzuli Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının Təşkilatçılığı ilə 2024-2025 – ci illərdə “Bölgə teatrlarının Bakı premyeraları” adlı layihəsində M.F.Axundzadənin "Kəvakib" və A.Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edəcək.
"Kəvakib" tamaşasının quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Şəms Kazımzadədir. Tamaşada əsas rolları Emin Abışov, Asif Şirinov, Qorxmaz Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, Zamin Quliyev, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Vüqar İsmayılov və başqaları ifa edəcək.
"Tənhalığın evi" tamaşasının quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev, Gülgəz Soltanova ifa edəcək.
Qeyd edək ki, "Kəvakib" 23 dekabr saat 19:00-da, " Tənhalığın evi" tamaşası isə 24 dekabr tarixində eyni saatda Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.