Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Şəhid şəhər Xocalı" adlı poetik xalq faciəsi Füzuli rayon ictimaiyyətinə təqdim olunub.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada Xocalı faciəsi qurbanları, erməni qəddarlığı və vəhşiliyi, fevral gecəsində dinc əhaliyə qarşı törədilən qətliyam öz əksini tapır.
Poetik faciədə əsas rollarda İntizar Quliyeva,Sehran Xanlarov,Sevinc Məmmədova,Emin Abışov,Əli Hüseynov, Nicat Süleymanzadə və başqaları çıxış edib.