Füzuli Dövlət Dram Teatrı Şərq nağılları əsasında hazırlanmış "Ələddinin sehrli çırağı" nağıl tamaşa ilə İmişli şəhərində qastrol səfərində olub.
Tamaşanın quruluşçu rejissoru Emin Abışov, plastik həll üzrə rejissor Anar Bulud, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada Ələddin sehrli çırağı taparaq şahzadə Jasmini divlərdən, cadugər Səlimdən xilas edir. Bundan sonra Ələddin yalnız xəyal etdiyi sərvətə və şöhrətə deyil, həm də saf məhəbbətə qovuşur. Beləcə, xeyir yenə də şər üzərində qələbə çalır, ədalət və sevgi qalib gəlir.
Tamaşada rolları Emin Abışov, Püstə Əhmədova, Vüqar Babayev, Anar Buludov, Asif Şirinov, Gülgəz Soltanova, Şəbnəm Baxışova, Vüsal Həsənov, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Xurşud Babayeva ifa edib.
Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb və əylənmələrinə səbəb olub.