Bağla

Firuz Mustafanın "Adsız" tamaşası ictimaiyyətə təqdim edilib

24-05-2024, 18:18

Füzuli Dövlət Dram Teatrı bu gün 2024-cü ilin repertuarında olan Firuz Mustafanın "Adsız" tamaşasını ictimaiyyətə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru,əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

"Adsız" fiziki cəhətdən qüsurlu, yəni lal-kar lakin zəngin, saf mənəviyyata malik bir gəncdir. Həyatdan bir növ təcrid olunmuş bu kimi insanlara müxtəlif münasibətlər var.

Tamaşanın əsas mövzusu insanların günahı kənarda deyil, öz içində axtarması ideyasına xidmət edir.

Tamaşada rolları Vüqar Babayev, Xurşud Babayeva, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov ifa edib.