Bağla

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev təltif olunub

14-12-2023, 17:23

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli sakinləri ilə "Açıq qapı" günü keçirib.Tədbirdə rayon sakinləri dinlənilib.

Tədbirin sonunda isə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevə 65 illik yubileyi münasibətilə Fəxri Fərman və qiymətli hədiyyə təqdim edib.

Qeyd edək ki, bu ilin 21 noyabrında Füzuli Dövlət Dram Teatrının direktoru, "Əməkdar mədəniyyət işçisi" Vaqif Vəliyevin 65 yaşı tamam olub.