Bağla

Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Uşaqların dünyası " adlı tədbir keçirilib

03-12-2025, 19:17

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Mədəniyyət Evi və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Uşaqların dünyası " adlı tədbir keçirilib. 

Tədbirdə Teatr əyləncəli proqramla çıxış edib. Proqramda nağıl qəhrəmanları və cizgi film simvollarının maraqlı  çıxışları uşaqların böyük sevincinə səbəb olub. Tədbirdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.