Bu gün Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktyoru Sehran Xanlarovun 47 yaşı tamam olur. Bu münasibətlə teatr kollektivi Sehran bəyi təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayır.
Sehran Xanlarov 1977-ci ildə Füzuli rayonun Babı kəndində anadan olub. 2003-cü ildən teatrda işləyir. İşlədiyi müddətdə S.S.Axundov "Bənddalı bəndə düşüb” Cəmil, C.Məmmədquluzadə "Kamança” Qəhrəman yüzbaşı, Xaqani Əliyev " Molla Nəsrəddin" Nəsrəddin, Qafar Cəfərli "Şəhid bayrağı" tamaşasında Fərhad və s. rolları canlandırıb.