Bu gün Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktrisa, Prezident mükafatçısı İntizar Quliyevanın 59 yaşı tamam olur.
İntizar Təhməz qızı Quliyeva 1963-cü il dekabrında Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olub.
1989-cu ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktrisa işlədiyi müddət ərzində Süleyman Rüstəmin "Durna” komediyasında Lalə, S.S.Axundovun "Tamahkar” əsərində Nabat, C.M.Quluzadənin "Danabaş kəndinin əhvalatı” əsərində Zeynəb, S.S.Axundov "Eşq və İntiqam”da Qəmər, S.Axundov "Bəndalı bəndə düşüb” Püstə, S.Saxavətin "Qapların o üzündə qalan qalan dünya” əsərində Alagöz, M.F.Axundzadə "Hacı Qara”da Sona, C.Cabbarlı "Almaz”da Almaz və s. rollarını canlandırıb.
Ali dərəcəli aktrisa dəfələrlə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi müsabiqələrdə diplomlara, 2019-2021-ci illərdə Prezident Mükafatına layiq görülüb.
Ailəlidir, iki övladı var.
Füzuli Dövlət Dram Teatrının kollektivi İntizar Quliyevanı ad günü münasibəti ilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.