Bağla

Teatrda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar anım tədbiri keçirib

07-02-2019, 12:18
Füzuli Dövlət Dram Teatrı "N” saylı hərbi hissə və rayon Horadiz şəhər 2 nömrəli tam orta məktəblə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar anım tədbiri keçirib. Öncə teatrın foyesində və kiçik zalında dəyirmi masa keçirilib. Şəhidin həyat və qəhrəmanlıq tarixcəsi haqqında gələn qonaqlar məlumatlandırılıb. Daha sonra teatrın tamaşa zalında aktyorların ifasında Mübariz İbrahimovun həyat hekayəsini əks etdirən poetik xalq faciəsi təqdim olunub.

Qeyd edək ki, poetik xalq faciəsinin ssenari müəllifi teatrın direktoru Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinovdur

Əsas rollarda Elçin Məmmədov, İntizar Quliyeva, Ayşə Gülmalıyeva, Qaçaq Qarayev, Sehran Xanlarov və başqalarıdır.