Bağla

Teatr Üçbulaq kənd tam orta məktəbində "Nəsimi eşqi" poetik xalq tamaşası ilə çıxış edib

20-05-2019, 10:10

Füzuli Dövlət Dram Teatrı "Nəsimi ili" çərçivəsində davam edən tədbirlər planına uyğun olaraq bu dəfə Füzuli rayon Üçbulaq kənd tam orta məktəbində "Nəsimi eşqi" adlı poetik xalq tamaşası ilə çıxış edib.

Tamaşanın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Tamaşada əsas rollarda Elşən Gözəlov, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Ayşən Gülmalıyeva və başqaları çıxış edib.

Tamaşa kənd ziyallıları, müəllim və şagird kollektivi tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrının 19 aprel 2019-cu il tatixindən davam edən " Nəsimi eşqi" adlı silsilə tədbiri rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində davam edir.