“Tarixin qanlı səhifəsi” adlı poetik xalq faciəsi rayon ictimaiyyətinə təqdim olunub
Füzuli Dövlət Dram teatrında 31Mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan "Tarixin qanlı səhifəsi” adlı poetik xalq faciəsi rayon ictimaiyyətinə təqdim olunub.
Əsas rollarda çıxış edən Əli Hüseynov, İntizar Quliyeva, Sehran Xanlarov, Məryəm Məmmədova və başqalarının ifasında mart faciəsini törədənlərin iç üzü, Azərbaycan xalqının mübarizlik əzmi tamaşaçıların diqqətinə çatdırılıb.
Sonda çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti bu gündə davam etdiyini söyləyərək xalqımızı düşmənə qarşı daha sıx birləşməli olduğunu vurğuladılar.