Bağla

"Nağıl dünyası" adlı şou-proqram nümayiş olunub

26-05-2022, 17:33

Füzuli Dövlət Dram Teatrı "Nağıl dünyası"şou proqramla Kərimbəyli kənd tam orta məktəbinin şagirdləri qarşısında çıxış edib.

Proqrama daxil olan cizgi film simvolları və nağıl qəhrəmanlarının maraqlı sərgüzəştləri, aktyorların ifasında uşaqlara həsr olunmuş şeir və mahnılar, rəqslər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şou proqramla çıxış edən teatr uşaqlara yüksək əhval-ruhiyyə və sevinc bəxş edib.