Bağla

İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilmişdir - FOTO

09-06-2014, 11:29
Füzuli Dövlət Dram Teatrında görkəmli dramaturq, yazıçı-publisist İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilmişdir. Yubileyin ssenari müəllifi Vaqif Vəliyev, Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Xatirə gecəsində ədibin həyat yoluna həsr olunmuş video rolik nümayiş etdirilmiş, ”Unuda bilmirəm”, "Mahnı dağlarda qaldı”, "Bahar suları”, "Bizim qəribə taleyimiz” əsərlərindən fraqmentlər göstərilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdir.

Qeyd:İlyas Əfəndiyevin "Unuda bilmirəm” əsəri teatrın 2014-cü ilin repertuar planına salınmış, Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən dövlət sifarişi yolu ilə tamaşa hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.