Bağla

Füzuli Dövlət Dram Teatrında "Yaddaş" əsərinə ictimai baxış olub

20-02-2020, 12:50

Füzuli Dövlət Dram Teatrında 2020-ci ilin repertuarında olan Akif Həsənoğlunun "Yaddaş" əsərinə ictimai baxış olub.

Teatrın baş rejissoru,əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları çıxış edir.

Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar rayon ictimaiyyətinə təqdim olunan əsər tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb və bir daha onlarda vətənə sevgi, düşmənə nifrət hissləri aşılayıb.