Füzuli Dövlət Dram Teatrı yeni salınmış Fin şəhərciyində çıxış edib
Füzuli Dövlət Dram Teatrı rayon mərkəzindən 60 kilometr məsafədə yeni salınmış məcburi köçkünlər üçün Fin şəhərciyində yerləşən "Ulduz” körpələr evinin yaranmasının bir illiyi münasibətilə "Vəzirsiz saray” adlı nağıl tamaşa ilə çıxış edib.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi və quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tətibatçısı Nizami Süleymanovdur.
Rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Elşən Gözəlov, Nicat Süleymanzadə, Vüqar Babayev, Aygün Cəfərova və başqaları çıxış edir.
Tamaşa bağça kollektivi və qonaqlar tərəfindən yüksək səviyyədə və maraqla qarşılanıb.