Bağla

Füzuli Dövlət Dram Teatrı Yeni il ərəfəsində uşaqları sevindirməyə davam edir

28-12-2018, 14:32
Füzuli Dövlət Dram Teatrı Yeni il ərəfəsində uşaqları sevindirməyə davam edir. 

Teatr dekabr ayının 15-dən başlayan tədbirlər planına uyğun olaraq Füzuli rayon ərazisində yerləşən 40 yaxın körpələr evi və uşaq baxçalarında olub. 

Qış möcüzəsi adlı yeni il şou-proqramı ilə çıxış edən teatr bayram ərəfəsində uşaqlara yüksək əhval-ruhiyyyə və sevinc bəxş edir. 

Bu dəfə teatr 28 dekabr tarixində Füzuli rayon ərazisində yeni salınmış Fin qəsəbə körpələr evi və uşaq bağçasında olub. Müxtəlif nağıl qəhrəmanlarının, cizgi film simvollarının və ən əsası Şaxtababa və Qarqızın maraqlı çıxışları ilə uşaqları sevindirib.