Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir
Füzuli Dövlət Dram Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.
Həmçinin, COVID-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilə tədbirləri yüksək qiymətləndirir.
Koronovirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Füzuli Dövlət Dram Teatrı tamaşalarını onlayn nümayiş etdirir. Virtual repertuar əvvəlcədən tərtib olunub. Həmin repertuara əsasən tamaşaçılar teatrın rəsmi "facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərini izləyə bilərlər.
Qeyd edək ki, repertuara E.Əfəndiyevin "Qatil”, A.Həsənoğlunun "Yaddaş”, H.Mirələmovun "Xəcalət”, Ə.Orucoğlunun "Nənənin kələyi”, Ş. Qurbanovun ”Olmadı elə, oldu belə”, M.F.Axundzadənin "Müsyo Jordan və "Dərviş Məstəli Şah tamaşaları daxildir.