Füzuli Dövlət Dram Teatrı repertuarında olan Əhməd Orucoğlunun "Nənənin kələyi” tamaşasını "N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim edib.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Qaçaq Qarayev, Elşən Gözəlov, Sevinc Məmmədova və başqaları çıxış edib. Tamaşa bütün əsgər və zabit heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Füzuli Dövlət Dram Teatrının mütəmadi olaraq hərbi hissənin şəxsi heyəti qarşısında konsert və tamaşa proqramları ilə çıxış etməsi və bununla hərbi qulluqçular və mülki gənclər arasında əlaqələrin möhkəmləndirilməsində , eyni zamanda asudə vaxtlarının mədəni keçirilməsində göstərdiyi xidmətlərə görə kollektivə təşəkkür edilib.
Sonda xatirə şəkili çəkdirilib.